Modern.az

Bakıda avtobus piyadanı vurub öldürdü

Bakıda avtobus piyadanı vurub öldürdü

Aktual

15 Sentyabr 2018, 11:36

Bakıda avtobus yolu keçən piyadanı vuraraq öldürüb.

Bu haqda Modern.az-a Daxili İşlər Nazirliyindən bildirilib.   

Belə ki, sentyabrın 14-də Suraxanı rayonunun Hövsan qəsəbəsi ərazisində qəsəbə sakini Cəmil İsmayılov idarə etdiyi “Daewoo” markalı xətt avtobusu ilə yolu keçən həmyerlisi Əlövsət Alıyevi vurub. Nəticədə piyada hadisə yerində ölüb.

Faktla bağlı Suraxanı Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İsrail qırıcıları İrana GİRİR - Şiddətli BOMBALANMA...