Gürcüstandan Azərbaycana gələn şəxsin avtomobilində gömrük nəzarətindən gizlədilən siqaretlər aşkarlanıb.
Dövlət Gömrük Komitəsindən Modern.az-a verilən məlumata görə, Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyat şöbəsinə daxil olan məlumat əsasında, idarənin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan " Vaz 21061" markalı nəqliyyat vasitəsi ilə gələn Azərbaycan vətəndaşının avtomobili saxlanılıb və gömrük baxışı keçirilib.
Faktla bağlı araşdırma aparılır.