Modern.az

Bakıda ruhi əsəb xəstəsi olan gənc qız itkin düşüb

Bakıda ruhi əsəb xəstəsi olan gənc qız itkin düşüb

Aktual

15 Sentyabr 2018, 20:51

“Bakıda gənc qız itkin düşüb”. Modern.az “Trend”ə istinadən xəbər verir ki, hadisə paytaxtın Binəqədi rayonu ərazisində baş verib.

 

Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Ə.Qasımov küçəsi ev 24 a-da yaşayan Məmmədova Tahirə Nəriman qızı Binəqədi rayon Polis İdarəsinin 6-cı polis bölməsinə müraciət edərək bildirib ki, onunla eyni ünvanda yaşayan qızı, 1993-cü il təvəllüdlü Hacıyeva Aygün Nüsrət qızı avqustun 28-də gecə saat 23 radələrində evdən çıxıb və geri qayıtmayıb.

 

Məlumata görə, A.Hacıyeva ruhi əsəb xəstəsidir.

 

Faktla bağlı Binəqədi rayon Polis İdarəsinin 6-cı polis bölməsində araşdırma aparılır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...