Şirvan şəhərində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Modern.az "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Məhəmməd Əsədov küçəsində baş verib. Belə ki, torpaq yolda yüksək sürətlə hərəkətdə olan "BMW" markalı "10-ZP-823" dövlət qeydiyyat nişanlı minik maşını idarəetmədən çıxaraq kənarda zibil atmaq istəyən yaşlı qadının üzərinə aşıb.
Hadisə nəticəsində 1951-ci il təvəllüdlü Adışova Güldəstə Səfərqulu qızı ölüb. Maşının 1990-cı il təvəllüdlü sürücüsü Əhədov İmran Səxavət oğlu xəsarət alaraq xəstəxanın reanimasiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.