Modern.az

Ərdoğan və Əliyevin şəhər gəzintisindən - Video

Ərdoğan və Əliyevin şəhər gəzintisindən - Video

Aktual

16 Sentyabr 2018, 16:20

Dünən Bakının işğaldan azad olunmasının 100 illiyi ilə əlaqədar keçirilən hərbi paraddan sonra Azərbaycan prezidenti İlham Əliyev türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla şəhər gəzintisinə çıxıb.

Modern.az xəbər verir ki, prezidentlər öncə Qız qalasının qarşısında paradda iştirak edən əsgərlərlə söhbət ediblər və xatirə fotosu çəkdiriblər.

Burada əllərində Azərbaycanın və Türkiyənin dövlət bayraqlarını tutmuş əhali Əliyev və Ərdoğanı böyük coşqu ilə qarşılayıblar, ölkələrimizin qardaşlığı ilə bağlı şüarlar səsləndiriblər. Dövlət başçıları paytaxt sakinləri söhbətləşib.

 

Prezidentlər daha sonra Bakı bulvarını gəziblər.

Gəzintidən çəkilmiş görüntünü təqdim edirik:

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı