Modern.az

Bakıda III Bankçılıq Forumu keçiriləcək

Bakıda III Bankçılıq Forumu keçiriləcək

Aktual

16 Sentyabr 2018, 20:51

Azərbaycan Banklar Assosiasiyası (ABA) noyabrın 15-16-da Bakıda "Nağdsız iqtisadiyyat: ənənəvi banklardan rəqəmsal bankçılığa keçid" mövzusunda III Bankçılıq Forumunu keçirməyi planlaşdırır. ABA-dan Modern.az-a verilən məlumata görə, ikigünlük forumun məqsədi rəqəmsallaşdırma, maliyyə texnologiyaları, yeni bank məhsulları, müasir uyğunluq və risklər, məhkəmə uyğunluğu və tendensiyaların hazırkı çərçivəyə uyğunlaşdırılmasıdır. Həmçinin, təhlükəsizlik sahəsindəki yeni və gələcək tendensiyalar üçün platforma olmaq, eyni zamanda, müvafiq maraqlı tərəflərin hərtərəfli məlumatlandırılmasına yardım etmək məqsədilə ən yaxşı təcrübələrin mübadiləsi, maliyyə qurumları və digər şirkətlər tərəfindən uzun və ortamüddətli baxışın formalaşdırılmasına kömək etmək də məqsədlər sırasındadır.

 

Forumda dövlət və nəzarət qurumlarının, maliyyə və təsərrüfat subyektlərinin, kommersiya bankları rəhbərliyinin, kommersiya və ictimai təşkilatların rəhbərlərinin, beynəlxalq maliyyə institutlarının və xarici ölkələrin Azərbaycandakı səfirliklərinin, eləcə də digər ölkələrin müşavirliklərinin yüksək və orta səviyyəli rəhbərləri iştirak edəcək.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı