Modern.az

Sumqayıtda avtobus “Kamaz”la toqquşdu: 15 yaralı

Sumqayıtda avtobus “Kamaz”la toqquşdu: 15 yaralı

Aktual

17 Sentyabr 2018, 00:43

Sumqayıt şəhərində içi sərnişinlə dolu avtobus qəza törədib. Modern.az "Report"a istinadən xəbər verir ki, Sumqayıtdan Hacı Zeynalabdin qəsəbəsi istiqamətində hərəkətdə olan 3 saylı sərnişin avtobusu "Kamaz" markalı yük maşını toqquşub.

 

Nəticədə avtobusda olan şərnişinlərdən 15 nəfəri xəsarət alıb. Yaralananlar dərhal Sumqayıt şəhər Təcili Tibbi yardım xəstəxanasına çatdırılıb.

 

Faktla bağlı araşdırma aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı