Modern.az

LDU-da Bilik Günü qeyd olundu - FOTOLAR

LDU-da Bilik Günü qeyd olundu - FOTOLAR

Aktual

16 Sentyabr 2018, 10:41

Respublikanın bütün təhsil ocaqlarında olduğu kimi, Lənkəran Dövlət Universitetində (LDU) 15 sentyabr Bilik Gününə dövlət himni ilə start verildi.

Modern.az xəbər verir ki, Bayram tədbirini LDU-nun rektoru vəzifəsini icra edən  professor Natiq İbrahimov açaraq universitetin professor-müəllim-tələbə heyətini, valideynləri yeni tədris ilinin başlanması və Bilk Günü münasibəti ilə təbrik etdi.Universitet rəsmisi I kursa qəbul olunmuş tələbələrə xoş arzularını bildirərək seçimlərində yanılmadıqlarını, bu ali təhsil ocağında kamil mütəxəssis kimi yetişmələri üçün hər cür şəraitin yaradıldığını bildirdi.Ölkədə təhsilin inkişafına göstərilən dövlət  qayğısından söz açan professor Natiq İbrahimov LDU-da son illərdə aparılan çox istiqamətli işlərdən, əməli fəaliyyətdən bəhs etdi,  yeni tədris  laboratoriyalarının quraşdırılmasını 2018-2019-cu tədris ilinin ən uğurlu yeniliyi kimi dəyərləndirdi və bu istiqamətdə işlərin davamlı aparılacağını xüsusi vurğulayıb.

Mərasimdə Lənkəran Şəhər icra Hakimiyyəti Başçısının I müavini Möhübbət Babayev, universitetin sosial məsələlər üzrə prorektoru Kamran Kazımov, ictimai şuranın sədri Sərhad Məmmədov, valideynlərdən Sahilə Heydərova, Azad Mirzəyev, yüksək balla LDU-ya qəbul olunmuş tələbə və magistrlər  çıxış edərək tələbə və müəllimləri yeni dərs ilinin başlanması münasibəti ilə təbrik ediblər.Qeyd edək ki,  bu ilki qəbulda ən uğurlu nəticəni  Aynur Əliyeva (645 bal),  Leyla Heydərova( 611 bal) əldə ediblər.

Tədbirdə yüksək bal toplamış tələbə və magistrlərə tələbə biletləri və planşetlər hədiyyə olunub.

Eyni zamanda universitettin II saylı tədris korpusunda müasir tələblərə tam cavab verən  yeməkxana binasının açılışı olub.

Xatırladaq ki, hazırda LDU-da 27 ixtisas üzrə  3500 nəfərə yaxın tələbə təhsil alır. 2018-2019-cu  tədris ilində  Lənkəran Dövlət Universitetinə  977 bakalavr və 64 magistr qəbul olunub.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı