Modern.az

Şirvanda qadını qızının çılpaq şəkilləri ilə şantaj edən şəxs tutuldu

Şirvanda qadını qızının çılpaq şəkilləri ilə şantaj edən şəxs tutuldu

Aktual

17 Sentyabr 2018, 13:15

Şirvan şəhərində qadından 3000 manat tələb edən şəxs saxlanılıb. 

Bu haqda Daxili İşlər Nazirliyindən Modern.az-a verilən məlumatda bildirilib. 

Məlumata görə, Şirvan şəhər Polis şöbəsinə müraciət edən qadın bir nəfərin onun qızının çılpaq şəkillərini sosial şəbəkədə yayacağı ilə hədələyərək 3000 manat tələb etdiyini bildirib.

Sentyabrın 15-də polis əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxs qadından qeyd olunan məbləği alarkən cinayət başında yaxalanıb.

Araşdırmalarla onun Şamaxı rayon sakini Hüseyn Sayılov olduğu müəyyən edilib.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 182-ci maddəsi (hədə-qorxu ilə tələb etmə) ilə cinayət işi başlanılıb.

Araşdırma aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı