Azərbaycan Kikboks Federasiyasının gənclərdən və yeniyetmələrdən ibarət yığma komandası İtaliyada keçiriləcək Dünya Çempionatında iştirak edəcək. Bu barədə məlumatı Modern.az-a federasiyasının prezidenti, millət vəkili Adil Əliyev verib.
“Kikboksçularımızı İtaliyada keçirilən Wako Dünya Çempionatına yola salmışıq. Üçrəngli bayrağımızı zirvələrə qaldıracaq kikboksçularımız çoxdur. Potensiallı kikboksçularımızdan gözləntilərimiz var. İnşallah yaxşı nəticələrlə vətənə qayıdacaqlar”.
Millət vəkili yeni kikboksinq zallarının açılışını etdiklərini bildirib.
“Bu günlərdə Ağsu rayonunda kikboksiq zalımız istifadəyə verdik. Bizim məqsədimiz idmanın kikboks növün hər rayona hər ailəyə catdırmaqdır. Rəhbərliyimizin əsas məqsədi gənclərimizi, yeniyetmələrimizi idmana cəlb etməkdir. Onlari vətən üçün sağlam bir döyüşcü kimi yetişdirməkdir”.
Elnur Eltürk