Modern.az

Bakıdan Çinə uçuşların sayı artırıldı

Bakıdan Çinə uçuşların sayı artırıldı

Aktual

17 Sentyabr 2018, 14:22

"Silk Vey Eyrleynz" ("Silk Way Airlines") Çinin Çjençjou şəhərinə reyslərin sayını artırır.

Şirkətdən Modern.az-a verilən məlumata görə, Bakı-Çjençjou reyslərinin sayı həftədə dörd dəfədən altı dəfəyə kimi artırılacaq.

Müvafiq razılıq sentyabrın əvvəlində Çjençjouda keçirilən “ICAO Cargo Conference” konfransında əldə edilib. Keçirilən tədbirdə aviaşirkət Çin bazarında öz strateji inkişaf planını elan edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ermənistanda həyasızlıq! Azərbaycana qarşı vərəqələr paylanır