Modern.az

Suraxanıda 54 yaşlı kişinin meyiti su quyusundan çıxarıldı

Suraxanıda 54 yaşlı kişinin meyiti su quyusundan çıxarıldı

Aktual

17 Sentyabr 2018, 19:38

Bakının Suraxanı rayonunda 54 yaşlı şəxs su quyusna düşüb.

Bu haqda Modern.az-a Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Nazirliyin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Suraxanı rayonunda su quyusunda aşkar edilmiş 1964-cü il təvəllüdlü Nuriyev Emin Rüstəm oğlunun meyitinin götürülməsinə köməklik göstərilməsi üçün müraciət daxil olub.

Hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri E.Nuriyevin meyitini dərinliyi, təqribən, 6 metr olan quyudan çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat başa çatıb.

Sizə yeni x var
Keçid et
İsrail qırıcıları İrana GİRİR - Şiddətli BOMBALANMA...