Modern.az

Müvəqqəti saxlanma yerində monitorinq keçirildi

Müvəqqəti saxlanma yerində monitorinq keçirildi

Aktual

17 Sentyabr 2018, 20:46

İşgəncələrə qarşı Azərbaycan Komitəsinin sədri Tural Hüseynov, müavini Elçin Şirinov və ekspert Qartal Hüseynov Xətai Rayon Polis İdarəsinin Müvəqqəti saxlanma yerində monitorinq keçirib. Komitədən Modern.az-a verilən məlumata görə, monitorinq saxlanılan şəxslərin saxlanma şəraiti və onlara münasibətlə maraqlanmaq, hüquq və vəzifələrinin izah edilməsi, keyfiyyətli qida məhsulları və dərman preparatları ilə təmin olunmaları ilə tanışlıq məqsədi daşıyıb.

 

Monitorinq zamanı qanunsuz hal aşkarlanmayıb və heç bir şikayət daxil olmayıb.

 

Bundan əlavə, Bakı şəhərində qadına qarşı soyğunçuluq və əxlaqsız hərəkətlər etməkdə təqsirli bilinən Qax rayon sakini Yaqub Məmmədov və onun xalası oğlu, Zaqatala rayon sakini İntiqam Yunusovla ayrılıqda görüş keçirilib. Onlar özlərinə qarşı sürülmüş ittihamlardan bıçaqla hədə-qorxu gələrək qadının köməksiz vəziyyətindən istifadə etməklə zorlama faktını etiraf etsələr də, həmin şəxsə qarşı soyğunçuluq etmədiklərini bildiriblər. Xətai rayon Prokurorluğunun sanksiyası ilə hər iki şəxs təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunub. Məhkəmənin qərarı onlar barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı