Sentyabrın 17-də saat 14 radələrində Sabirabad rayonunun Nizami kəndində 4 nəfərin kənd sakinləri Mahir Hidayətovu, Murad Cəbrayılovu və qardaşı Nicatı döyməsi, M.Hidayətovun velosipedini və mobil telefonunu almaları barədə DİN-in “102 – Zəng Mərkəzi” Xidmətinə müraciət daxil olub.
Bu haqda Modern.az-a Daxili İşlər Nazirliyindən bildirilib.
Məlumata görə, Sabirabad RPŞ-nin əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən rayonun Qaragüney kənd sakinləri Ceyhun Muradov, Xəyal Fətişov və Sakit Nuruşov polis əməkdaşları tərəfindən saxlanılıb, digər bir nəfər isə müəyyən edilib.