Marketlərdən birindən oğurluq edən şəxs tutulub. Modern.az xəbər verir ki, sosial şəbəkələrdə hadisəni törədən şəxsin tutularaq, döyüldüyünü əks etdirən video yayılıb. Onun mağazadan yağ oğurladığı bildirilir. İddia olunur ki, hadisə Bakıda baş verib.
Qeyd olunur ki, tutulan şəxdən oğurladığı yağı alıb və onu polisə təhvil veriblər.