Modern.az

Zakir Həsənov təyyarə olayına görə Şoyquya başsağlığı verdi 

Zakir Həsənov təyyarə olayına görə Şoyquya başsağlığı verdi 

Aktual

19 Sentyabr 2018, 11:06

Müdafiə naziri general-polkovnik Zakir Həsənov Rusiya Federasiyasının Müdafiə naziri ordu generalı Sergey Şoyquya başsağlı ünvanlayıb.

Müdafiə Nazirliyindən Modern.az-a verilən məlumata görə, başsağlığında deyilir:

“Suriyada vurulmuş İl-20 təyyarəsinin ekipajının faciəvi şəkildə həlak olması barədə xəbər məni dərindən sarsıtdı. Azərbaycan Ordusunun şəxsi heyəti adından və şəxsən öz adımdan həlak olanların ailələrinə, doğmalarına və yaxınlarına dərin hüznlə baş sağlığı verirəm. Baş vermiş faciədən Sizinlə birlikdə kədərlənirik”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı