Modern.az

“Hərbi parad Azərbaycanı istəməyən qüvvələrə mesaj idi”  

“Hərbi parad Azərbaycanı istəməyən qüvvələrə mesaj idi”   

Aktual

19 Sentyabr 2018, 11:34

Bakının qurtuluşu ilə bağlı 15 sentyabr paradının keçirilməsi Türk dünyasının birliyinə öz müsbət təsirini göstərəcək. Modern.az xəbər verir ki, diaspor üzrə araşdırmaçı-jurnalist Elnur Eltürkün sözlərinə görə, bu sözləri Makedoniya Türk Hərəkat Partiyasının sədri, Makedoniya-Türkiyə Parlamentlərarası Dostluq Qrupunun rəhbəri, Makedoniya-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Enes İbrahim bildirib.

“XX əsrin əvvəllərində Cənubi Qafqazda vəziyyət gərginliyi ilə seçilirdi. Həm də bölgə inqilablara hamilə idi. 1918-ci ildə yaranan Azərbaycan Xalq Cümhuriyyəti siyasi varlığını elan etməsinə baxmayaraq, onun hərbi gücü yox idi. Paytaxt Bakı isə düşmənlərin nəzarəti altında idi. Bakının azad olunması bütün Azərbaycana nəzarət etmək demək idi. Bunu bolşevik-daşnaklar yaxşı anlayırdı. Ona görə də Azərbaycanı itirmək istəmirdilər. AXC rəhbərliyi zamanında Osmanlı dövləti ilə əlaqələrə keçərək, dəstək aldı. Qafqaz İslam Ordusunun yaradılması bölgədə müsəlman əhali arasında böyük sevinc, məhəbbətlə qarşılanmışdı. Bakının qurtuluşu bolşevik-daşnak qüvvələrinin bölgədə mövqelərinə böyük zərbə vurdu. Təkcə, Azərbaycan azad olunmadı, eyni zamanda Türküstanda həmin qüvvələrin maraqları zəiflədi”, - o deyib.

Enes İbrahim hərbi paradın keçirilməsinin Azərbaycanı istəməyən qüvvələrə mesaj olduğunu qeyd edib: “İki qardaş ölkənin hərbi qüdrəti artdıqca,bölgədə vəziyyət dəyişir. Parad Azərbaycan torpaqlarını işğal edən Ermənistana mesajdır".

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı