Modern.az

Komitə sədri Türkiyə BMM-nin üzvləri ilə görüşüb

Komitə sədri Türkiyə BMM-nin üzvləri ilə görüşüb

Aktual

19 Sentyabr 2018, 14:27

Bu gün Milli Məclisdə Azərbaycan–Türkiyə Parlamentlərarası dostluq qrupunun növbəti görüşü keçirilmişdir. Dostluq qrupunun rəhbəri, millət vəkili, akademik Əhliman Əmiraslanov ölkəmizdə işgüzar  səfərdə olan Türkiyə BöyükMillət Məclisinin Xarici Əlaqələr Komissiyasının üzvlərindən ibarət nümayəndə heyətini qəbul edib.

Modern.az xəbər verir ki, görüşün əvvəlində akademik Əhliman Əmiraslanov qonaqları salamlayaraq, bu il hər iki qardaş ölkənin ictimai-siyasi həyatında baş vermiş ən önəmli hadisə olan prezident seçkilərindən və seçkilərdə hər iki ölkənin nümayəndələrinin qarşılıqlı fəal iştirakından bəhs etdi. Daha sonra görüş iştirakçıları  Azərbaycan  və Türkiyə hökumətləri, eyni zamanda, Azərbaycan -  Türkiyə Parlamentlərarası dostluq qrupunun fəaliyyəti barədə və ümumiyyətlə, xalqlarımız arasındakı dostluq-qardaşlıq münasibətləri, bütün sahələrdə sıx və səmərəli əməkdaşlıq kimi məsələlər ətrafında geniş fikir mübadiləsi apardılar. 

Sonda hər bir görüş iştirakçısı  bundan sonra da ölkələrimiz arasındakı əlaqələrin, çoxşaxəli  əməkdaşlığın və səmərəli fəaliyyətin daha da inkişafı naminə səylərini əsirgəməyəcəklərini bildirdilər.

Görüşdə Türkiyə Nümayəndə heyətinin tərkibində Böyük Millət Məclisinin Xarici əlaqələr komissiyasının sədri Volkan Bozkır və komissiya üzvləri Ali Şahin, Mustafa Canbey, Ünal Çeviköz, Kamil Aydın, Aydın Sezgin və Türkiyənin Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri Erkan Özoral, Azərbaycan tərəfindən isə Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov, millət vəkilləri Kamilə Əliyeva, İlham Məmmədov, Məlahət İbrahimqızı, Rəşad Mahmudov və Şəmsəddin Hacıyev də iştirak edirdilər.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı