Modern.az

Etimad İsmayılovu qətlə yetirən şəxs tutuldu - Qatilin FOTOSU  

Etimad İsmayılovu qətlə yetirən şəxs tutuldu - Qatilin FOTOSU   

Aktual

20 Sentyabr 2018, 07:58

Türkiyənin İstanbul şəhərində azərbaycanlı iş adamı Etimad İsmayılovu güllələyərək qətlə yetirən Gözəl Dəmirov polis tərəfindən saxlanılıb. Modern.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb. 

Gözəl Dəmirov isə 90-cı illərin əvvəllərində Azərbaycan Daxili İşlər Nazirliyində idarə rəisi olub və istefada olan polkovnikdir. Məlumatlara görə, onun Etimad İsmayılovla maliyyə məsələsində mübahisəsi olub və qətlin səbəbi də bununla əlaəqləndirilir.

Mərhum Etimad İsmayılov Ədalət Partiyasının sədri İlyas İsmayılovun oğludur.
O, eyni zamanda tanınmış  jurnalist  Sevil Nuriyevanın həyat yoldaşıdır. Cütlüyün 4 yaşlı bir oğlan övladı var.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı