Modern.az

“Ermənistanın işğalçılıq siyasəti və regional təhlükəsizlik problemi” adlı tədbir keçirilib  

“Ermənistanın işğalçılıq siyasəti və regional təhlükəsizlik problemi” adlı tədbir keçirilib   

Aktual

17 Sentyabr 2018, 13:29

“Xəzər – Gələcək naminə Tərəfdaşlıq Beynəlxalq Hərəkatı” ictimai birliyi Azərbaycan Res-publikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 2018-ci il üçün Azərbaycan QHT-lərinin layihələrinin maliyyəşdirilməsi ilə bağlı müsabiqədə iştirak etmiş və “Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi işğalçılıq siyasəti nəticəsində yaranmış regional təhlükəsizlik, humanitar və sosial-iqtisadi problemlər barədə beynəlxalq ictimaiyyətin məlumatlandırılması” adlı layihəsinin qalibi olmuşdur.  

Bu layihənin icra müddətində “THE OCCUPYING POLİCY OF THE ARMENIAN REPUBLIC AND THE PROBLEMS OF REGIONAL SECURITY” (Ermənistanın işğalçılıq siyasəti və regional təhlükəsizlik problemi) adlı 152 səhifəlik kitab nəşr olunmuşdur. Kitab müasir beynəlxalq humanitar hüququn mühüm bir quruluşuna - hərbi işğal qanuna həsr olunub. Ermənistan Respublikasının hərbi işğalı qanununun mövcud problemləri və xüsusiyyətlərinə diqqət yetirilir, bu da Azərbaycana və xalqına sonsuz sayda humanitar fəlakət gətirib və gətirməkdə davam edir. Kitabda Azərbaycan rəhbərlərinin çoxsaylı rəsmi ifadələri və beynəlxalq sənədlər təhlil edilir. Beynəlxalq hüquq institutunun mövcud vəziyyəti ilə bağlı baxışlar təqdim edilir. Kitabın müəllifləri Rüstəm Məmmədov, Cavid Hacıyev və Xaqani Məmmədovdur. 

Burada Azərbaycan Respublikasının tərəqqisi yolunda başlıca maneə Ermənistan Respublikasının ona qarşı ərazi iddiası səbəbindən yaranmış və genişmiqyaslı hərbi təcavüzlə nəticələnən Ermənistan-Azərbaycan münaqişəsidir. Buna görə də dövlətin apardığı xarici siyasət məhz Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi və erməni hərbi təcavüzünün ağır nəticələrinin aradan qaldırılması məsələsinə xüsusi diqqət yetirməkdədir. Ermənistanın apardığı işğalçılıq siyasətinin ilk növbədə regional təhlükəsizliyə təhdid kimi qiymətləndirilməlidir. Çünki bu daha geniş müharibəyə yol aça bilər, münaqişəyə yeni-yeni iştirakçılar cəlb oluna bilər. Ermənistan-Azərbaycan münaqişəsi eyni zamanda Azərbaycanda və regionda humanitar xarakterli çoxsaylı problemlər yaratmışdır. Bunlardan biri hər iki tərəfdən, xüsusilə Azərbaycan tərəfdən,  çoxsaylı qaçqın və məcburi köçkünlər ordusunun yaranması, işsizlik, səfalət və yoxsulluq problemləridir. Azərbaycanın ekologiyasına da vurulmuş ziyan Xalqımıza qarşı humanitar təhdiddir. Azərbaycan tərəfdən bir xeyli vətəndaş Ermənistan tərəfindən girov götürülmüş və onların taleyi hələ də məlum deyildir. Azərbaycanın işğal olunmuş əraziləri iqtisadi dövriyyədən çıxarılmış və orada yaşayan insanların maddi durumu kritik həddə çatmışdır. 

14 sentyabr 2018-ci il tarixində Azərbaycan Respublikası Prezident Administrasiyasının və İsmayıllı rayon icra hakimiyyətinin köməkliyi ilə İsmayıllı rayonunun İsmayıllı rayon Tarix-Diyarşünaslıq Muzeyində “Xəzər – Gələcək naminə Tərəfdaşlıq Beynəlxalq Hərəkatı” ictimai birliyinin tədbiri keçirildi. Tədbir zamanı layihə çərçivəsində nəşr olunan “THE OCCUPYING POLICY OF THE ARMENIAN REPUBLIC AND THE PROBLEMS OF REGIONAL SECURITY” (Ermənistanın işğalçılıq siyasəti və regional təhlükəsizlik problemi) adlı kitab haqqında məlumat verilmişdir. Tədbirdə müvafiq icra hakimiyyəti orqanlarının nümayəndələri, İsmayıllı rayon məktəblərinin direktorları və müəllimləri, mədəniyyət orqanlarının işçiləri, qaçqınlar, məcburi köçkünlər, tibb bacıları və s. iştirak etmişdilər. Tədbirin iştirakçılarına kitab paylanaraq Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində ermənilərin qanunsuz əməlləri, Azərbaycan Respublikasının qaçqınlarının və məcburi köçkünlərinin problemi məsələsi müzakirə olunmuşdur. Tədbir zamanı layihə rəhbəri Rüstəm Məmmədov, layihədə iştirak etmiş ekspert Xətai Abbasov və İsmayıllı Rayon İcra Hakimiyyətinin əməkdaşı Namiq Kərimov da çıxış etmişdilər. Sonda tədbir iştirakçılarına, şəhər, kənd və məktəb kitabxanalarına yeni nəşr paylanmışdır. 
Layihənin müddəti 20 aprel 2018-ci il tarixindən 20 sentyabr 2018-ci il tarixinədək (5 ay) dövrü əhatə edir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı