Modern.az

Gömrükdən 20 min dollar keçirmək istəyən şəxs tutuldu

Gömrükdən 20 min dollar keçirmək istəyən şəxs tutuldu

Aktual

12 Noyabr 2018, 12:03

Cənub Ərazi Baş Gömrük İdarəsi Astara gömrük postunda İran İslam Respublikasına gedən Azərbaycan vətəndaşı gömrük nəzarətindən keçərkən özünü şübhəli və narahat apardığı üçün saxlanılıb.

 

Dövlət Gömrük Komitəsindən Modern.az-a verilən məlumata görə, sorğu-sual zamanı vətəndaş üzərində gömrük nəzarətindən gizlədilmiş hər hansı predmet, o cümlədən valyutanın olmadığını bildirib.

 

Yoxlama zamanı, onun üzərindən, əynində olan alt paltarından gömrük nəzarətindən gizlədilmiş, ümumilikdə 20 000 ABŞ dolları aşkar edilib.

 

Faktla bağlı araşdırma aparılır.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı