Modern.az

Bərdədə piyadanı vurub qaçan sürücü saxlanıldı

Bərdədə piyadanı vurub qaçan sürücü saxlanıldı

Aktual

26 Noyabr 2018, 19:11

Bərdə rayonunda piyadanı vuraraq hadisə yerindən qaçan sürücü saxlanılıb.

DİN-dən Modern.az-a verilən məlumata görə, Bərdə rayon Polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində noyabrın 24-də Nərgiz Həsənovanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsini törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən “OKA” markalı avtomobilin sürücüsü, Ağdam rayon sakini Yusif Şükürov saxlanılıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Moskvada gərginlik yaşanır! Ukraynadan kütləvi PUA hücumu