Modern.az

Baş Nazirdən yeni TƏYİNAT

Baş Nazirdən yeni TƏYİNAT

Aktual

26 Noyabr 2018, 23:09

Baş Nazir Novruz Məmmədov Nazirlər Kabineti Aparatında iki yüksək vəzifəyə təyinat edib. Modern.az Musavat.com-a istinadən xəbər verir ki, Qasım Abdullayev Nazirlər Kabineti Aparatının Kommunikasiya tikinti və kommunal təsərrüfat məsələləri şöbəsinin müdiri təyin olunub. Buna qədər Q.Abdullayev həmin şöbənin müdir müavini vəzifəsində işləyib.

 

N.Məmmədovun digər sərəncamı ilə Ənvər Məmmədov Nazirlər Kabineti Aparatının İşlər İdarəsinin Xidmət və Təchizat Sektorunun müdiri vəzifəsindən azad edilərək, həmin idarənin Nəqliyyat Xidməti Şöbəsinin müdiri vəzifəsinə təyin edilib.

 

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı