Modern.az

Oğuzda iki avtomobil toqquşdu: 3 yaralı

Oğuzda iki avtomobil toqquşdu: 3 yaralı

Aktual

8 Dekabr 2018, 15:47

Oğuz rayonunda iki avtomobil toqquşub, xəsarət alanlar var.

 

Modern.az-ın "Report"a istinadən məlumatına görə, hadisə bu gün günorta saatlarında İsmayıllı-Qaraməryəm-Şəki magistral yolunun Oğuz rayonunun Sincan kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

48-BC-340 dövlət qeydiyyat nişanlı "VAZ-2107" markalı avtomobillə, 36-BF-473 dövlət qeydiyyat nişanlı "VAZ-2106" markalı avtomobil toqquşub. Hadisə nəticəsində avtomobillərdə olan 3 nəfər Qəbələ Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı