Modern.az

Strasburqda atışma - 3 ölü, 12 yaralı - YENİLƏNİB

Strasburqda atışma - 3 ölü, 12 yaralı - YENİLƏNİB

Aktual

12 Dekabr 2018, 08:51

Fransanın Strasburq şəhərində baş verən atışma nəticəsində 3 nəfər həlak olub.

Modern.az xəbər verir ki, ölkənin daxili işlər naziri Kristof Kastaner bildirib ki, silahlı şəxsin insanları atəşə tutması nəticəsində 3 nəfər  ölüb, 12 nəfər xəsarət alıb. Atışma şəhərin mərkəzində təşkil olunmuş Milad bazarında baş verib.

Cinayətkarın axtarışları davam edir.

 

***

Fransanın Strasburq şəhərinin mərkəzində atışma baş verib.

Modern.az xəbər verir ki, bu haqda "Reuters" agentliyi məlumat yayıb.

Atışma nəticəsində 1 nəfərin öldüyü, 3 nəfərinsə yaralandığı bildirilir. 

Hazırda şəhərin mərkəzində Qutenberq meydanının ətrafında 200 metr radiusda ərazi polislər tərəfində mühasirəyə alınıb.
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Moskvada gərginlik yaşanır! Ukraynadan kütləvi PUA hücumu