"Milan" rəhbərliyi baş məşqçi Cennaro Qattuzo ilə mövsümün sonunda yolları ayırır.
Modern.az İtaliya mətbuatının xəbərinə görə, 2017-ci ildən komandaya başçılıq edən Qatuzzo ilə yollar ayrılacaq. Səbəb komanda bu mövsümdə çox güman “Çempionlar Liqası”na vəsiqə qazana bilməyəcək, çünki 34 oyuna 56 xal ilə turnir cədvəlində 7-ci yerdədir. Artıq rəhbərliyin komandaya gətirmək istədiyi baş məşqçinin kimliyi də müəyyənləşib. İddiaya görə, "Milan"ı gələn mövsüm hazırda "Atalanta"nın sükanı arxasında olan Gian Pyero Qasperini başçılıq edəcək.
Qeyd edək ki, Qasperini "Atlanta"nı 2016-cı ildən çalışdırır. Komanda onun rəhbərliyi altında cari mövsümdə 35 turdan sonra ən çox qol vuran klubdur(71) . Komnda hal-hazırda turnir cədvəlində 4-cü yerdədir və “Çempionlar Liqası”na vəsiqə uğrunda mübarizə aparır. Qasperini yaxın tarixdə “Milan”ın əzəli rəqibi "İnter" klubunuda çalışdırıb.
Novruz NOVRUZLU