Modern.az

Gəncədə adam bıçaqlayan şəxs saxlanıldı

Gəncədə adam bıçaqlayan şəxs saxlanıldı

Aktual

28 May 2019, 10:19

Gəncədə bıçaqlanma hadisəsi baş verib.

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan Modern.az-a verilən məlumata görə, mayın 28-də gecə saatlarında Gəncə şəhər sakini 33 yaşlı Elçin Əliyevin döş qəfəsinin daxilinə keçən kəsilmiş-deşilmiş yarası ilə Gəncə şəhər 3 saylı Təcili Tibbi Yardım Xəstəxanasına gətirilməsi barədə Gəncə şəhər Baş Polis İdarəsinin Nizami Rayon Polis İdarəsinə məlumat daxil olub. Xəstə dərhal əməliyyat olunub.

 

Polis əməkdaşlarının “isti izlər”lə keçirdikləri təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində Gəncə şəhər sakini, 29 yaşlı Röyal İbrahimov şübhəli şəxs qismində saxlanılaraq maddi sübutla birgə Gəncə ŞBPİ-nin İstintaq və Təhqiqat İdarəsinə təqdim edilib.

 

Faktla bağlı araşdırmalar aparılır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı