Modern.az

Serbiya Kosovonun müstəqilliyini tanımağa hazırdı

Serbiya Kosovonun müstəqilliyini tanımağa hazırdı

Aktual

28 May 2019, 12:36

 

“Serbiya Kosovodakı vəziyyətə nəzarəti itirdiyini qəbul etməlidir”.

 

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bunu parlamentə müraciətində Serbiya Prezidenti Aleksandr Vuçiç deyib.

Onun szlərinə görə, yalan və özünüaldatmaya davam etməkdənsə, Kosovo və Metoxiyada Serbiya hökumətinin olmadığını qəbul etmək lazımdır.

 

Vuçiç, həmçinin bildirib ki, hökumət Kosovo ilə gələcək münasibətini müəyyənləşdirməlidir: münaqişənin dondurulmasını saxlamaq, yoxsa tanınmamış respublika ilə əlaqələri inkişaf etdirmək?

Prezident özü Kosovo ilə əlaqələr qurmaq və münasibətləri yaxşılaşdırmaq tərəfdarı olduğunu bildirib.

 

Vuçiçin Kosovoda və Metoxiyadaki vəziyyətlə əlaqədar xalqa və parlamentə müraciəti iki saatdan çox davam edib. Çıxışında o, bu məsələdə göstərdiyi köməyə görə Rusiyaya və şəxsən Vladimir Putinə təşəkkürünü bildirib.

 

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı