Modern.az

Nərimanovda atəş açıldı – yaralanan var

Nərimanovda atəş açıldı – yaralanan var

Aktual

7 Avqust 2019, 14:26

Avqustun 5-də Nərimanov rayonu ərazisində Bakı şəhər sakini Z.Sədiyevə odlu silahdan atəş açaraq xəsarət yetirməkdə şübhəli bilinən R.Sadıqov saxlanılıb.


Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, avqustun 5-də Nərimanov rayonunun Atatürk prospektində naməlum şəxs xuliqanlıq zəminində Bakı şəhər sakini Z.Sədiyevin sağ ayaq nahiyəsinə odlu silahdan açdığı atəşlə xəsarət yetirib.

Z.Sədiyev xəstəxanaya gətirilib, vəziyyəti qənaətbəxşdir.

 

Bakı şəhər BPİ və Nərimanov RPİ 16-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Salyan rayon sakini R.Sadıqov saxlanılıb.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Türkiyəli diplomatdan canlıda ağır sözlər - Bakıya hücum edənlər...