Modern.az

Yevlax sakini Bakıda itkin düşdü

Yevlax sakini Bakıda itkin düşdü

Aktual

28 Oktyabr 2019, 22:52

Yevlax sakini Bakıda itkin düşüb.

Modern.az  "Trend"ə istinadən  xəbər verir ki, hadisə paytaxtın Nəsimi rayonu ərazisində baş verib.

Yevlax rayonunun Xanabad kənd sakini, 1995-ci il təvəllüdlü Binnətov İlyas Aşır oğlu oktyabrın 20-də yaşadığı evdən çıxaraq Bakıya gəlib və bir daha geri qayıtmayıb. Sonuncu dəfə onu oktyabrın 25-də paytaxtın Nəsimi rayonu, H.Seyidzadə küçəsi 22 ünvanının qarşısında görüblər.

Faktla bağlı araşdırma aparılır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!