Modern.az

Qobustanda ağır QƏZA: 2 ölü – ADLAR

Qobustanda ağır QƏZA: 2 ölü – ADLAR

Aktual

3 Noyabr 2019, 13:59

Fövqəladə Hallar Nazirliyi iki nəfərin öldüyü qəza barədə məlumat yayıb.

Modern.az xəbər verir ki, noyabrın 3-də nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olan məlumata əsasən, Qobustan rayonu ərazisində "Mercedes" markalı mikroavtobus yol kənarındakı maneəyə çırpılıb. Hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri 1986-cı il təvəllüdlü Hetayev Nurəddin Hacı oğlu və 1968-ci il təvəllüdlü Papahov Paşa Şahmar oğlunun meyitlərini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı