Modern.az

"Qəbələ" yenə məğlub oldu

Aktual

3 Noyabr 2019, 21:06

Futbol üzrə Azərbaycan Premyer Liqasında X turun son oyunu keçirilib.

Modern.az xəbər verir ki, Qəbələ şəhər stadionunda eyniadlı komanda "Sabah"ı qəbul edib. Görüş qonaqların qələbəsi ilə yekunlaşıb - 2:1.

Hesabı 43-cü dəqiqədə "Qəbələ"nin hücumçusu Davit Volkov açıb. Lakin fasilədən sonra "Sabah" iki qol vurub. 54-cü dəqiqədə Cavid İmamverdiyev, 73-cü dəqiqədə isə Hendrik Ekşteyn fərqlənib.

Bu görüşdən sonra "Sabah" səfər qələbəsi sayəsində xallarını 10-a çatdırsa da, yenə 7-ci pillədə qalıb. "Qəbələ" isə 6 xalla sonuncudur.


Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı