Dövlət Statsitika Komitəsi (DSK) Azərbaycanda muzdla işləyənlərin orta aylıq əməkhaqqını açıqlayıb.
DSK-dan Modern.az-a verilən məlumata görə, 2019-cu ilin yanvar-oktyabr aylarında muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 2018-ci ilin müvafiq dövrünə nisbətən 13,7 faiz artıb. Hesabat dövründə orta aylıq nominal əməkhaqqı 614,2 manat təşkil edib.
2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 2019-cu ilin yanvar-noyabr aylarında əhalinin gəlirləri nominal ifadədə 7,4 faiz artaraq 50,8 milyard manat təşkil etmişdir.