Modern.az

Ölkədəki rəsmi işsizlərin sayı AÇIQLANDI

Ölkədəki rəsmi işsizlərin sayı AÇIQLANDI

Aktual

18 Dekabr 2019, 11:49

2019-cu il dekabrın 1-i vəziyyətinə əsasən, iqtisadi fəal əhalinin sayı 5194,7 min nəfər olub.

 

Dövlət Statistika Komitəsindən (DSK) Modern.az-a verilən məlumata görə, onlardan 4942,7 min nəfərini məşğul əhali təşkil edib.

 

Cari il noyabrın 1-i vəziyyətinə muzdla işləyənlərin sayı 1641,0 min nəfər, o cümlədən iqtisadiyyatın dövlət sektorunda 911,4 min nəfər, qeyri-dövlət sektorunda isə 729,6 min nəfər təşkil edib. İqtisadiyyatın neft-qaz sektorunda 34,9 min nəfər, qeyri neft-qaz sektorunda isə 1606,1 min nəfər çalışıb.

 

Rəsmi məlumata görə, 2019-cu il dekabr ayının 1-i vəziyyətinə məşğulluq xidməti orqanlarında qeydiyyata alınmış işsiz şəxslərin sayı 79,7 min nəfər olub. Onların 36,3 faizini qadınlar təşkil edib. İşsizlikdən sığorta ödənişinin orta məbləği 278,6 manat olub.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı