Ölkəyə daimi yaşamaq üçün gələn və ölkədən gedənlərin sayı açıqlanıb.
Dövlət Statistika Komitəsindən (DSK) Modern.az-a verilən məlumata görə, yanvar-oktyabr ayları ərzində Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinin müvafiq qurumları tərəfindən daimi yaşamaq üçün Azərbaycana 1693 nəfər gələn, Azərbaycandan isə 1354 nəfər gedən qeydə alınıb.
Miqrasiya saldosu müsbət 339 nəfər təşkil edib.