Modern.az

Nazir müavinindən həyəcan təbili: “Azərbaycanda bu xəstəliklərdən ölüm göstəricisi 48, dünyada isə 26 faizdir”

Nazir müavinindən həyəcan təbili: “Azərbaycanda bu xəstəliklərdən ölüm göstəricisi 48, dünyada isə 26 faizdir”

Aktual

19 Dekabr 2019, 11:45

"Azərbaycanda qeyri-infeksion xəstəliklərdən ölüm göstəricisi 48 faizdir".

 

Modern.az  xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Səhiyyə nazirinin müavini Rahim Əliyev deyib.

 

O bildirib ki, yüksək gəlirli, inkişaf etmiş ölkələrdə bu göstərici 30 faizə çatmır, 26 faizdir:

 

“Qeyri-infeksion xəstəliklərdə ölüm göstəricisi dünyada 70 yaşa qədər əhali arasında 44 faizdir. Qeyri-infeksion xəstəliklərin yükü istər xəstələnmə, istər ölüm göstəricisinə, istərsə də əlilliyə görə digər yoluxucu xəstəliklərdən yüksəkdir. Dünya üzrə əhalinin yaşlanma göstəricisi artır. Bu, yoluxucu xəstəliklərlə mübarizənin nəticəsidir. Buna baxmayaraq, qeyri-infeksion xəstəliklərin yükü artır. Hazırda bu xəstəliklərə diqqət artıb”.

 

Nazir müavinin sözlərinə görə, bu baxımdan Azərbaycanda qeyri-infeksion xəstəliklərlə mübarizə ciddi şəkildə aparılmalıdır.

 

“Burada yalnız öhdəlik səhiyyənin üzərinə düşmür. Bütün qurumlar birgə mübarizə aparmalıdır. Fiziki aktiv həyatın təbliği, maarifləndirmə, tütündən istifadənin azaldıması buna misaldır”,-deyə R.Əliyev əlavə edib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı