Modern.az

Bakı Şəhər Baş Polis İdarəsinə yeni təyinat olub

Bakı Şəhər Baş Polis İdarəsinə yeni təyinat olub

Aktual

20 Dekabr 2019, 17:20

Bakı Şəhər Baş Polis İdarəsinə (BŞBPİ) yeni təyinat olub.

 

Modern.az APA-ya istinadən məlumat verir ki, Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun müvafiq əmri ilə polis polkovnik-leytenantı Fizuli Allahverdiyev BŞBPİ-nin Kadrlar idarəsinə rəis təyin edilib.

 

Məlumatı BŞBPİ-nin mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev təsdiqləyib.

 

Qeyd edək ki, F. Allahverdiyev DİN-in Baş Kadrlar idarəsində müxtəlif vəzifələrdə çalışıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı