Modern.az

Bakı-Şamaxı yolunda ağır qəza: ölən var

Bakı-Şamaxı yolunda ağır qəza: ölən var

Aktual

20 Dekabr 2019, 22:13

Bakı-Şamaxı yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Modern.az  APA-ya istinadən xəbər verir ki, hadisə bu gün axşam saat 21:40 radələrində yolun 78-ci kilometrliyində, Qobustan rayonunun Ceyrankeçməz adlı ərazisində qeydə alınıb.

"Mercedes" markalı yük avtomobili qarşı tərəfdə eyni istiqamətdə hərəkətdə olan "KamAZ" markalı yük avtomobilinə arxa tərəfdən çırpılıb. Hadisə zamanı "Mercedes"də olan sərnişin aldığı ağır xəsarətlər səbəbindən hadisə yerində ölüb, sürücü ağır xəsarət alıb.

Hadisə yerinə FHN-in xilasediciləri cəlb olunub. Deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalaraq dünyasını dəyişən və xəsarət alan şəxslərin çıxarılması üçün xilasetmə işlərinə başlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı