Azərbaycan kubokunda yarımfinal cütləri müəyyənləşib.
Modern.az xəbər verir ki, bu gün başa çatan 1/4 final mərhələsindən sonra ikinci cüt də dəqiqləşib.
Gələn ilin aprelində baş tutacaq raundda “Sumqayıt”la “Qarabağ” görüşəcək. Sonuncular “Keşlə”ni hər iki oyunda yeniblərsə (1:0, 3:1), sumqayıtlılar “Neftçi”ni (1:0, 0:0) mübarizədən kənarlaşdırıblar.
Aprelin 22-dəki ilk matçda “Sumqayıt” ev sahibi olacaq. “Qarabağ”ın meydanındakı görüş ayın 29-da baş tutacaq.
Qeyd edək ki, bir gün öncə müəyyənləşən digər yarımfinal cütündə “Qəbələ” və “Zirə” qarşılaşacaq.