Beynəlxalq Türk Akademiyasının (BTA) prezidenti Darxan Kıdırali Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət şöbəsinin müdiri Hikmət Hacıyevlə görüşüb.
Modern.az xəbər verir ki, görüşdə BTA-nın gördüyü işlər nəzərdən keçirilib və gələcək planlar müzakirə edilib.
Prezidentin köməkçisi Akademiyanın işini yüksək qiymətləndirib və Azərbaycan tarixinin birlikdə öyrənilməsi təklifini alqışlayıb.
D.Kıdırali Akademiyanın sənədlərini ilk dəstəkləyən və təsdiqləyən Azərbaycan tərəfinə minnətdarlıq ifadə edib.