Modern.az

Bakıda azyaşlı qızlar “Zirə”nin əcnəbi futbolçusunu SOYDULAR

Bakıda azyaşlı qızlar “Zirə”nin əcnəbi futbolçusunu SOYDULAR

Aktual

21 Dekabr 2019, 12:05

Dekabrın 17-də Səbail RPİ-nin 9-cu Polis Bölməsinə müraciət edən Botsvana Respublikasının vətəndaşı Mfo Kqasvane pulunun oğurlanmasını bildirib.

 

Daxili İşlər Nazirliyindən Modern.az-a verilən məlumata görə, araşdırmalarla müəyyən edilib ki, həmin gün saat 17 radələrində N.Rəfibəyli küçəsində 2 azyaşlı ona yaxınlaşıb, sonradan isə o, cibindəki 15 manat və 500 ABŞ dollarının oğurlanmasını aşkar edib.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Yevlax rayon sakinləri olan 2 azyaşlı qız Bakı şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıblar.

 

Araşdırma aparılır. Mfo Kqasvane Bakının"Zirə" futbol klubunun oyunçusudur. 

 

Sizə yeni x var
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...