Modern.az

Parlament seçkilərinə namizədliyi irəli sürülənlərin sayı...

Parlament seçkilərinə namizədliyi irəli sürülənlərin sayı...

Aktual

21 Dekabr 2019, 15:12

Azərbaycanda fevralın 9-a təyin edilmş növbədənkənar parlament seçkilərində iştirak etmək üçün indiyə qədər 901 nəfər namizədliyini irəli sürüb.

 

Modern.az-ın məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında deyib.

M.Pənahov bildirib ki, 149 nəfərin namizədliyi 11 siyasi partiya tərəfindən irəli sürülüb.

5 nəfər təşəbbüs qrupları tərəfindən, 752 nəfər isə fərdi qaydada namizədliklərini irəli sürüb.

 

MSK sədri bildirib ki, müraciət edən şəxslərdən 569 nəfərinin namizədliyinin irəli sürülməsi artıq təsdiq olunub. Onlardan 439 nəfəri  imza vərəqələrini götürüb.

 

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı