Modern.az

Gürcüstanda eks-prezidentin oğlunu bıçaqlayan şəxs saxlanıldı

Gürcüstanda eks-prezidentin oğlunu bıçaqlayan şəxs saxlanıldı

Aktual

21 Dekabr 2019, 17:48

Gürcüstan hüquq-mühafizə orqanlarının əməkdaşları sabiq Prezident Zviada Qamsaxurdiyanın kiçik oğlu Tsotneni öldürməyə təşəbbüsdə şübhəli bilinən 5 nəfəri saxlanılıb.

 

Bu barədə ölkənin Daxili İşlər nazirinin müavini Vladimir Bortsvadze brifinqdə məlumat verib.

Onun sözlərinə görə, 1991-ci il təvəllüdlü Tbilisi sakini qətl cəhdinə və daha 4 nəfər isə xüsusilə ağır bir cinayət barədə məlumat verməməkdə ittiham olunaraq tutulub.

DİN rəhbərinin müavininin sözlərinə görə, istintaqla müəyyən edib ki, saxlanılan şəxs T.Q. dekabrın 19-da Tbilisinin Qalskaya küçəsində mübahisə əsnasında Qamsaxurdiyanı bir neçə dəfə bıçaqlayıb və sonra cinayət yerindən qaçıb.

 

Bortsvadze qeyd edib ki, qətl cəhdində şübhəli bilinən şəxsi 7 ildən 15 ilədək, digər şübhəliləri isə 3 ildən 7 ilədək həbs cəzası gözləyir.

 

Xatırladaq ki, Tsotne Qamsaxurdiya dekabrın 19-da axşam Tbilisdə öz evində bıçaqlanıb. Gürcüstan KİV-lərinin verdiyi məlumata görə, onun vəziyyəti son dərəcə ağır olaraq qalır. 43 yaşlı kişi sinəsindən bir neçə bıçaq yarası alıb və başında da yaralar var.

 

Virtualaz.org

Sizə yeni x var
Keçid et
Rusiyadan Naxçıvanla bağlı gözlənilməz addım: Helikopterin vurulması