Modern.az

Yaponiya ABŞ-ın Fars körfəzi üzrə koalisiyasına qoşulmayacaq

Yaponiya ABŞ-ın Fars körfəzi üzrə koalisiyasına qoşulmayacaq

Aktual

21 Dekabr 2019, 21:59

Yaponiya ABŞ-ın Fars körfəzi üzrə yaratdığı koalisiyaya qoşulmaq niyyətində deyil.

Modern.az  "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bunu İranın prezidenti Həsən Ruhani Yaponiyaya səfərinin yekunları üzrə çıxışında deyib.

H.Ruhani bildirib ki, Yaponiya İranın Hörmüz boğazında sülh üzrə planını dəstəkləyir: "Bundan əlavə, Yaponiya Amerikanın bölgədəki təhlükəsizliyi təmin etmək üzrə planlarında iştirak etməyəcəyini açıq şəkildə bildirdi".

İran prezidenti qeyd edib ki, hər iki məsələ üzrə Yaponiyanın mövqeyini alqışlayır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...