Modern.az

Avstriyada təyyarə qəzası

Avstriyada təyyarə qəzası

Aktual

21 Dekabr 2019, 23:04

Avstriyanın Zaltsburq federal əyalətinin Tsell am Zee rayonunda kiçik təyyarə qəzaya uğrayıb.

Modern.az  xəbər verir ki, dekabrın 21-də baş vermiş qəzada pilotla birlikdə təyyarədə daha üç nəfər olub. Dağlıq ərazidə meşəliyə düşən təyyarəyə xilasedicilərin yaxınlaşması dumanlı hava şəraiti və dağ relyefinə görə çətinləşib.

Qəzanın səbəbi məlum olmasa da, ilkin məlumata görə, müxtəlif bədən xəsarəti alan pilot və sərnişinlər sağdırlar.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı