Modern.az

Baş nazir və müsəlmanları təhdid edən şəxslər saxlanıldı

Baş nazir və müsəlmanları təhdid edən şəxslər saxlanıldı

Aktual

21 Dekabr 2019, 23:26

Kanada polisi Kvebek əyalətinin iki sakinini baş nazir Castin Tryudonun və ölkənin müsəlman icmasının ünvanına təhdidlərlə əlaqədar saxlayıb.

Modern.az  xəbər verir ki, bu barədə STV telekanalı bildirib.

Polisin məlumatına görə, saxlanılanlar xüsusi halda sosial şəbəkələrdə Tryudo və müsəlmanların qətlinə çağırışlarla çıxış ediblər. Saxlanılanlar ultrasağ "Storm Alliance" təşkilatı ilə əlaqələrdə şübhəli bilinirlər.

Onlar yaxın vaxtlarda məhkəmə qarşısına çıxarılacaqlar. Amma təhqiqatın başlanğıcının dəqiq müddəti məlum deyil.

Hadisənin başqa təfərrüatları açıqlanmır.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı