122 saylı Xankəndi seçki dairəsini V çağırış Milli Məclisdə təmsil edən deputat Flora Qasımova 9 fevralda keçiriləcək növbədənkənar parlament seçkisindən geri çəkilib.
Modern.az xəbər verir ki, Flora Qasımovanın bu qərarının ardından Dağlıq Qarabağın Azərbaycanlı İcması İdarə Heyətinin üzvü Ceyhun Ələkbərov həmin dairədən namiəzdlik iddiasını bəyan edib.
“Qarşıdan gələn parlament seçkiləri Azərbaycan Prezidentinin keçirdiyi inqilabi islahatların növbəti mūhūm mərhələsidir. Dövlət quruculuğunun bu önəmli mərhələsində daha yaxından iştirak etmək ūçūn ali qanunverici orqan sayılan Milli Məclisə keçiriləcək 9 fevral seçkilərində iştirak etməyə qərar verdim. 122 saylı Xankəndi seçki dairəsindən namizədliyimi irəli sūrūrəm”, deyə C.Ələkbərov bildirib.
Qeyd edək ki, Dağlıq Qarabağın Azərbaycanlı İcması İdarə Heyətinin üzvü olan Ceyhun Ələkbərov Efiopiyanın Azərbaycanda fəxri konsulu, iş adamı kimi də tanınır. O, 1976-cı ildə Xocalıda dünyaya gəlib.
A.Qorxmaz