Modern.az

Daşkəsəndə meyiti tapılan küt alətlə öldürülüb - YENİLƏNİB

Daşkəsəndə meyiti tapılan küt alətlə öldürülüb - YENİLƏNİB

Aktual

21 Dekabr 2019, 23:59

Daşkəsən rayonunda aşkarlanan meyitin şəxsiyyəti məlum olub.

Modern.az  "Report"a istinadən  xəbər verir ki, bu, Şəmkir rayon sakini, 1962-ci il təvəllüdlü Qurban Oruc oğlu Abdullayevdir.

Onun baş nahiyəsindən küt ailətlə ağır xəsarət alaraq öldüyü bildirilir.

Q.Abdullayevin meyiti Bayan kəndi ərazisində, dəmir yolu yaxınlığında aşkarlanıb.

Əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırmalara başlanılıb.

 

***

 

Daşkəsən rayonunda kişi meyiti aşkarlanıb.

Modern.az  "Report"istinadən xəbər verir ki, rayonun Bayan kəndi ərazisində, dəmir yolu yaxınlığında orta yaşlı kişi meyiti tapılıb. Onun üzərində xəsarətlərin olduğu bildirilir.

Əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Onun ölüm səbəbi və şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırmalara başlanılıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı