Modern.az

Bələdiyyə seçkilərinin təşviqat mərhələsi başa çatıb

Bələdiyyə seçkilərinin təşviqat mərhələsi başa çatıb

Aktual

22 Dekabr 2019, 09:11

Bələdiyyə seçkiləri ilə əlaqədar seçkiqabağı təşviqat başa çatıb.

 

Modern.az-ın məlumatına görə, Seçki Məcəlləsinin 72.3, 74.1.5, 75.2-ci maddələrinə əsasən, qeydə alınmış namizədlər, namizədi qeydə alınmış siyasi partiyalar, siyasi partiyaların blokları, vəkil edilmiş şəxslər, səlahiyyətli nümayəndələr tərəfindən seçkiqabağı təşviqatın aparılması səsvermə gününə 23 gün qalmış başlanır və səsvermənin başlanmasına 24 saat qalmış dayandırılır.

 

Dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkiləri ilə əlaqədar bu müddət noyabrın 30-dan başlanıb, dekabrın 22-i saat 08:00-da başa çatıb.

 

Xatırladaq ki, Respublika üzrə 1606 bələdiyyəyə 15 min 156 üzv seçiləcək. Sonuncu bələdiyyə seçkisi 2014-cü il dekabrın 23-də keçirilib.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı