Modern.az

Messi tarix yazmaqda davam edir

Messi tarix yazmaqda davam edir

Aktual

22 Dekabr 2019, 09:56

Ötən gecə İspaniya La Liqası çərçivəsində "Kamp Nou"da 4-1 hesabı ilə başa çatan "Barselona" - "Alaves" oyunu katalonların kapitanı Lionel Messi üçün əlamətdar olub.

 

Modern.az xəbər verir ki, ulduz futbolçu bir ildə 50 qol vurmağı bacarıb.

 

Belə ki, Messi son  10 ilin doqquzunda il ərzində azı 50 qol vurub:

 

2010 : 60 
2011 : 59 
2012 : 91 
2013 : 45 
2014 : 58 
2015 : 52 
2016 : 59 
2017 : 54 
2018 : 51 
2019 : 50 

 

Bundan başqa, argentinalı hücumçu bu oyunda vurduğu qolla "Barselona" ilə La Liqada 600 qolun vurulmasında iştirak edib. O, 465 oyunda 432 qol vurub, 168 məhsuldar ötürmə edib.

 

Ulduz futbolçu "Barselona" forması ilə 618 qol vurub.

 

Qeyd edək ki, Messi cari çempionatda 13 qolla bombardirdir.

 

T.İSMAYIL

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı